Pakistanda İslamabad administrasiyasına qarşı döyüşən qruplar Pakistan Talibanına (TTP) qoşulmaqda davam edir.
Hafta.az-ın Mepanews-a istinadən yazdığına görə, Pakistanın qəbilə bölgələrindən olan Şimali Vəziristanın Dəttəhil qəsəbəsində mövcudluğunu davam etdirən Mustafa Doğa Mədahilin başçılıq etdiyi silahlı dəstə də bu günlərdə TTP-yə birləşib.
Bu arada qeyd edək ki, dekabrın ortalarında da Əfqanıstanla sərhəddəki qəbilə bölgələrindən olan Kurramdan Əhmədin, Hayber-Pahtunhva əyalətinin Lakki Mervat bölgəsindən Səidullahın və Şimali Vəziristandan Siracəddin Madakhelnin rəhbərlik etdiyi qruplaşmalar TTP lideri Müfti Nur Vəli Məsuda sadiqliklərini göstərərək and içmişdilər.
Bundan başqa, Bəlucistan bölgəsində fəaliyyət göstərən Eslem Baluç komandanlığındakı cihad tərəfdarı qrup da bu yaxınlarda TTP-yə qoşulduğu açıqlamışdı.
Ümumiyyətlə, 2020-ci ilin iyulundan bəri TTP-yə 23 silahlı qruplaşmanın qoşulduğu bildirilir.